"Son Zəng"

14.06.2021-ci il tarixində 246 nömrəli məktəb-liseydə «Son zəng» tədbiri keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru qonaqları və məzunları salamlayaraq təhsil müəssisəsinin qazandığı uğurlardan, şagirdlərin əldə etdiyi nailiyyətlərdən danışdı. Bütün sahələrə eyni zamanda təhsilə göstərilən dövlət qayğısından söz açan məktəbin direktoru Nəbi Mahmudov qeyd etdi ki, bu siyasət  Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gündə davam etdirilir.

Tədbirdə çıxış edən ll Qarabağ müharibəsində şəhid olmuş Əli Cabbarovun anası Yeganə Cabbarova şagirdləri «Son zəng» münasibətilə təbrik edərək onlara Vətənə layiqli vətəndaş olmağı arzuladı. Məzunlar şəhid anası ilə xatirə şəkli çəkdirdilər və öz ürək sözlərini qəhrəmanın anasına bildirdilər.

Valideynlər adından Arif Əliyev məzunları təbrik edib, onlara yeni həyat mərhələsində uğurlar arzuladı.

Tədbir bədii hissə ilə davam etdirildi. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ili «Nizami Gəncəvi ili» elan edilməsi haqqında Sərəncam imzaladı. Bu münasibətlə şagirdlər tədbirin bədii hissəsində şairin qəzəllərini söylədilər. Sonda məzunlar alqış sədaları altında havaya ağ göyərçin uçurdular.

Tədbir zamanı xüsusi karantin qaydalarına əməl olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi