Uşaqlar gülərsə dünyamız gülər

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bu gün məktəbimizin birinciləri il ərzində əldə etdikləri bacarıq və qabiliyyətlərini Azərbaycan,rus və ingilis dilində bir–birindən gözəl oxuduqları mahnılarda, söylədikləri şeirlərdə,milli və əcnəbi rəqs nümunələrində, maraqlı səhnəciklərdə nümayiş etdirdilər.Birincilərin rus dili,ingilis dili və sinif müəllimləri öz şagirdləri ilə birgə səhnədə çıxışlar edərək tədbir iştirakçılarının zövqünü oxşadılar. Zalda əyləşən dinləyicilər də iştirakçılara qoşulub birgə mahnılar oxudular. Tədbirin sonunda məktəbin direktoru A.F.Bayramova hər bir ailənin sevinci, bəzəyi olan uşaqları təbrik etdi, tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirdi, onlara təhsildə yeni-yeni uğurlar arzuladı .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi