"İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.Yetişməkdə olan gənc nəsldə Azərbaycan tarixi və mədəniyyəti haqqında fikirlər formalaşdırmaq, onlara bu mövzuda yeni biliklər vermək, mədəniyyət incilərimizdən olan tarixi abidələrimizə hörmət hissi aşılamaq 246 N-li məktəb liseydə qarşımıza qoyduğumuz başlıca məqsəd və vəzifələrdən biridir.Bu məqsədlə ML-in şagirdləri ilə tarixi abidələrimizi yaxından görüb tanış olmaq üçün mütəmadi olaraq ekskursiya və gəzintilər təşkil olunur.Növbəti ekskursiyamız 19.03.2015-ci il tarixində ML-in VI və VII sinif şagirdləri ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna oldu.Şagirdlər XIV və XVII əsrə aid üst təbəqədən düzbucaqlı və dördkünc evlərin qalıqlarını, bu mənzillərin həyətlərində olan çoxlu təndir, təsərrüfat və su quyularını maraqla seyr etdilər.XV əsrdə tikilmiş Şirvanşahlar sarayını, XII əsrə aid Qız qalasını gəzib maraqlı məlumatlar əldə etdilər. İçərişəhərdə yerləşən Miniatür kitab evindəki kitablar, möhtəşəm Qala divarları haqqında eşitdikləri onları xeyli təəccübləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi