"Kitabxana mənəviyyat, bilik, zəka mənbəyidir!"

Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır.Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.Bu məqsədlə 18.03.2015-ci il tarixində 246 N-li məktəb liseyin 5-ci sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olmuşdular. Kitabxana əməkdaşları tərəfindən onlara kitabxananın gündəlik iş rejimi, kitabxana fondu, görkəmli ədib, dahi pedaqoq, maarifpərvər insan, uşaq folklor antalogiyasının banisi Firudin bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumatlar verilmişdir.Böyük oxu zalını gəzərkən şagirdlər burada nəinki Azərbaycan ədəbiyyatına məxsus olan, hətta dünya ədəbiyyatına aid nadir incilərin də olduğunun şahidi olmuşdular. Azərbaycan uşaq ədəbiyyatına aid olan kitablar, uşaq yazarlarının həyat və yaradıcılıqları, onların əsərləri şadirdlərdə dərin maraq oyatmışdır.Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy qurşağı" uşaq jurnalı da şagirdlərin nəzərindən yayınmamışdır.Şagirdlərin daha çox diqqətini cəlb edənlərdən biri də kiçik zal olmuşdur. Belə ki, burada olan nağıl personajları, kiçikyaşlı məktəblilərin maraqlı əl işləri, kitabxanada keçirilmiş rəngarəng tədbirlərə aid fotoalbomlar onlarda xoş təəsuratların oyanmasına, mütaliə həvəsinin artmasına səbəb olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi