"Ulu Öndərin anadan olmasının 98-ci ildönümü"

 

   Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci  ildönümü münasibətilə ibtidai sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi.

  Müsabiqədə ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirildi. Məktəb rəhbərliyi və müəllimlərdən  ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında yaş qrupları üzrə I,II və III yerin qalibləri seçildi.

   Tədbirdə iştirak edən məktəb-liseyin direktoru N.Mahmudov  qalib iştirakçıları təbrik etdi və Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdı. Qeyd etdi  ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi