"Ulu Öndərin anadan olmasının 98 –ci ildönümü"

     Tarix fənn müəllimlərinin və V sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 –ci ildönümünə həsr edilmiş onlayn tədbir keçirildi.

   Tədbirdə  V sinif şagirdləri  təqdimatlarla cıxış etdilər. Oruc Əliyev  hazırladığı video- çarxı təqdim etdi.

  Sonra   tarix fənn  müəllimi C. Hüseynova çıxış edərək Ulu Öndərin həyat yolundan , xalqımız , vətənimiz üçün etdiyi fədakarlığından

danışdı. Qeyd etdi ki, H. Əliyev dünya tarixinin nadir şəxsiyyətlərindən biri kimi tarixə düşmüşdür .

  Tərbiyə işləri üzrə direktor müavini F. Əliyeva isə çıxışında  əvəzolunmaz şəxsiyyət kimi tarixə düşən H. Əliyevin  bizim üçün çox vacib olan bir sərvət -Azərbaycançılıq ideologiyasını yaratmasını qeyd etdi.

   Tədbirin sonunda  məktəb-liseyin  direktoru Nəbi Mahmudov  çıxış edərək H.Əliyevin çox çətin bir dövrdə gənc Azərbaycan dövlətinin düzgün istiqamət yollarını necə məharətlə yönləndirdiyini , böyük idarəçilik qabiliyyətindən istifadə edərək dünya siyasətinə yeni, işıqlı bir yol açdığını qeyd etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi