"Peşə seçiminin optimal zonası"

Aprelin 21-də “Peşə seçiminin optimal zonası” mövzusunda vebinar  keçirildi. Vebinarda məktəb liseyin direktoru N.Mahmudov ,Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova,UBR K.Muradova, IX siniflərin rəhbərləri,şagirdləri və valideynləri iştirak etdilər.  

    Vebinarda gənclərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsində kömək göstərmək, övladlarını yaradıcı əməyə hazırlamaq və onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynlər  məlumatlandırıldı. İxtisas seçimində diqqət yetirilməli məqamlar, bilik və bacarıqların düzgün qiymətləndirilməsi  ətrafında müzakirələr aparıldı. Seçilən peşənin  xüsusiyyət və tələbləri ilə gənclərin  psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğun müəyyənləşdirilməsinin mühüm məsələlərdən olduğu diqqətə çatdırıldı.

    Məktəb liseyin direktoru N.Mahmudov çıxışında  peşənin  mütəxəssisinə çevrilməyin  doğru seçimdən  başlandığını söylədi və bu yolda şagirdlərə uğurlar  arzuladı. Çıxışını dahi Nizaminin "Kamil bir palançı olsa da,insan,Yaxşıdır yarımçıq papaqçılıqdan”  müdrik kəlamı ilə bitirdi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi