"Beynəlxalq yer kürəsi günü"

Aprelin 22-də “Beynəlxalq yer kürəsi günü” biologiya fənn müəllimi Z.Hüseynovanın təşkilarçılığı ilə VIII b sinfində qeyd olundu.

   Şagirdlər “ Ümumdünya Yer Kürəsi Günü  və ya Ağac Günü”nün tarixinin  XIX əsrə  təsadüf etdiyini söylədilər. Bu  bayramın keçirilməsində məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsinə  və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək olduğunu dedilər.

   Şagirdlər hazırladıqları təqdimatlarda ekoloji problemləri  önə cəkdilər, təbii ehtiyatların qorunmasından  və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlərdən danışdılar, cəkdikləri rəsmlərdə də   ətraf aləmin mühafizəsini  diqqətə çatdırdılar.

    Tədbirdə iştirak edən məktəb liseyin direktoru N.Mahmudov şagirdləri   ətraf mühitin mühafizəsində daha fəal olmağa çağırdı.

 Söylədi  ki,ölkəmizdə bu istiqamətdə   müxtəlif layihələr və tədbirlər həyata keçirilır. İnsanlar mütəmadi olaraq  ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Həmçinin ekoloji tarazlığı sabit  saxlamaq məqsədi ilə  Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağ göl Milli Parkı yaradılıb.

  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi