Gənc fiziklər

23.05.2016-cı il tarixdə məktəbimizdə Azərbaycan və rus bölməsi şagirdlərinin birgə iştirakı ilə “Gənc fiziklər” gecəsi keçirildi. Məktəbin fizika müəllimlərinin hazırladıqları bu gecədə təhsil ocağının səhnəsi fizikanın ecazkar aləmi ilə əhatələnmişdi. Aparıcıların söylədikləri fikirlər monitorda nümayiş olunanların məntiqi davamı kimi səslənərək müasir dövrdə həyatımızın, məişətimizin fizika elmi ilə bağlılığını, və fizikanın məişət, texnika və istehsalatın müxtəlif sahələri ilə əlaqəsini ön planda təqdim edirdi. Şagirdlərin filmlərdən canlandırdığı obrazlar, səhnəciklər, “Çoxbilmişlər” adlı viktorina, məktəbli “sehrbazlar”ın nümayiş etdirdikləri fokuslar, fizika fənninə aid mahnılar, şeirlər tədbir iştirakçılarında xoş təəssürat yaratdı. Şagirdlərin tədbir boyunca nümayiş etdirdikləri bir-birindən maraqlı təcrübələr onların dərslərin təcrübi hissələrindən kifayət qədər bəhrələndiklərini, təcrübə aparmaqla təcrübə topladıqlarını göstərdi, təcrübələri, əl işlərinin hər biri yaradıcılıq axtarışlarının nəticəsi kimi maraqlı təsir bağışladı. İstedadlı şagirdlərin əl işləri –hazırladıqları hər bir cihaz şagirdlərin dərin zəkasının, əhatəli düşünmə bacarığının, fizikanı həyatla, riyaziyyatla, coğrafiya, biologiya, kimya ilə əlaqələndirmək bacarığından, öyrədiklərinin həyata tətbiq etmək istedadlarından soraq verirdi. Tədbirin təşkilində şagirdlər nə qədər maraqlı səhnəciklər, oyunlar, tamaşalar nümayiş etdirirdilərsə, bir o qədər də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, laboratoriya, əl işlərinin nümayişinə yer ayırdılar, bu da “Gecə”nin daha maraqlı, öyrədici keçməsinə imkan verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi