"Nizami Gəncəvinin 880 illiyi"

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu il ölkəmizdə «Nizami Gəncəvi ili» elan edib.

Bu baxımdan 246 nömrəli məktəb-liseyin şagirdləri yaradıcı bacarıq və qabiliyyətlərini nümayiş etdirərək dahi şairin əsərlərindəki əsas epizodları rəsm əsərlərində təsvir etməklə yanaşı Nizami Gəncəvinin hikmətli sözlərini də izləyicilərin diqqətinə çatdırdılar. Şagirdlər bu videoçarxla şairin əsərlərində qoyulan əsas məsələlərə (ideal şah problemi, saf sevgi, əməkçi insanlar rəğbət və s.) toxunmuşlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi