"İmtahan stresinin aradan qaldırılması"

Hər il imtahanlarda minlərlə şagird yüksək imtahan qayğısı səbəbiylə istədikləri performansı yerinə yetirə bilməməkdə, bir çox psixoloji və hətta fiziki problem yaşamaqdadır. İmtahan bir çox şagirddə təyziq yaradan və qayğı hiss etməsinə səbəb olan bir hadisədir. İmtahana girəcək şagirdlərin müəyyən bir səviyyədə qayğı yaşaması olduqca təbiidir və hətta müvəffəqiyyətlərin yüksək olması üçün lazımlıdır.

lX-Xl sinif şagirdlərini imtahana psixoloji cəhətdən hazırlamaq, şagirdlərin imtahan həyəcanını azaltmaq məqsədilə 14.04.2021-ci il tarixdə məktəb rəhbərliyi tərəfindən psixoloq, URB, sinif rəhbərləri, şagirdlərin və valideynlərin iştirakı ilə onlayn görüş keçirildi.

Görüşdə şagirdlərə imtahan həyəcanı və onun səbəbləri, imtahan qayğısının aradan qaldırılması yolları haqqında ətraflı məlumat verildi, onlarda özgüvənin artırılması istiqamətində tövsiyələr verildi.

Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək imtahan qayğısının aradan qaldırılmaq üçün müəllim və valideynlərin paralel şəkildə şagirdləri imtahana həm psixoloji, həm də fiziki baxımdan hazırlıqlı olmalarına yardımçı olmağın zəruri olduğunu bildirdi və şagirdlərə keçiriləcək buraxılış imtahanında uğurlar arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi