"Ümumdünya Sağlamlıq Günü"

7 aprel – Ümumdünya Sağlamlıq Günüdür!

 

7 aprel – "Ümumdünya Sağlamlıq Günü” ilə əlaqədar məktəb-liseyin biologiya müəllimi Vəfa Məmmədovanın təşkilatçılığı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə yuxarı sinif şagirdləri və məktəb rəhbərliyi iştirak etdilər.  

Vəfa Məmmədova: hər il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "Ümumdünya Sağlamlıq Günü" kimi qeyd edilir. Həmin günün təsis edilməsi və keçirilməsi dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid çox mühüm əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün imkan yaradır. Bu ilin mövzusu da   qlobal problemlə rastlaşdığımız COVİD 19 virusudur. 

Şagirdlərin təqdimatları "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə"  mövzusuna həsr olundu. Təqdimatlarda virusun yayılması, insan orqanizmində yaratdığı xəstəliklər, ailələrə gətirdiyi bəla, ondan müdafiə olunmaq yollarından danışıldı. Təqdimatlarda sağlamlığımızı qorumaq və rahat həyatımıza qovuşmaq üçün hər birimizin qəbul olunmuş qaydalara əməl etməsi və ilk öndə gedən dövlət olaraq vaksinasiya olunmalğımızın vacibliyi vurğulandı.

Görüşdə həmçinin şagirdlərin psixoloji sağlamlığı da önə çəkildi. Söylənildi ki, insanın fiziki sağlamlığı qədər psixoloji sağlamlığı da önəmli rol oynayır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi