"Valideynlərlə görüş"

    Tərtib olunmuş qrafik üzrə Teams platformasında VII-VIII-IX-X-XI sinif şagirdlərinin  valideynləri ilə   "İntiharın profilaktikası" mövzusunda görüş   keçirildi.Görüşdə məktəb liseyin direktoru N.Mahmudov,Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova,UBR K.Muradova və sinif rəhbərləri  iştirak etdilər.

   Maarifləndirici vebinarda yeniyetməlik yaş dövrünün bioloji və psixoloji xüsusiyyətlərindən, intihar risklərini dəyərləndirərkən diqqət yetirilməsi vacib olan amillərdən ,intiharın qarşısının alınması yollarından danışıldı. Yeniyetmə-valideyn münasibətlərini adekvat qurmaq üçün tövsiyyələr verildi. Valideynlərə “Yeniyetmələrlə əlverişli ünsiyyətin sirləri”  yaddaşı təqdim olundu.  İnteraktiv formada keçən görüşdə mövzu ilə bağlı  fikir mübadiləsi aparıldı,valideynlərin  sualları  cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi