Qarabağımızın tarixi

23 may 2016-cı il tarixdə məktəbimizdə 8-ci sinif şagirdləri arasında tarix müəllimlərinin təşkilatçılığı ilə “Qarabağımızın tarixi” mövzusunda breyn-rinq intelektual oyunu keçirildi. Məqsəd Qarabağımızın tarixi haqqında şagirdlərdə möhkəm milli yaddaş formalaşdırmaq idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımlar,tarixi kökümüz əsasında tərtib olunmuş sualları ”Qarabağ” və “Azadlıq” komandası təyin olunmuş vaxt müddətində dolğun cavablandırdılar.Gərgin və maraqlı keçən oyunun qalibi “Azadlıq ” komandası oldu.Məktəbimizdə vaxtaşırı vətənpərvərlik mövzusunda keçirilən silsilə tədbirlərin məqsədi böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi,məhəbbət hisslərini aşılamaq,onlar arasında milli vətənpərvərlik ruhunu təbliğ etmək, vətənimizin tarixini dərindən öyrənmək, zaman-zaman başımıza gətirilən faciələri unutmamaq, düşmənə qarşı mübariz olmaq, dövlət başçımızın apardığı siyasət dəstəkləyərək üçrəngli bayrağımızın Şuşada, Xankəndidə və işğal edilmiş digər torpaqlarda dalğalanmasına nail olmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi