“Balaca kibritlə böyük ocaqlar yandırmaq olar,balaca açarla iri darvazaları açmaq olar,balaca uşaq gözü ilə də bütün dünyanı görmək olar”

20.05.2016-ci il tarixdə məktəbimizin akt zalında Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, jurnalist, respublikanın əməkdar müəllimi , professor , uşaqların sevimlisi Zahid Xəlillə görüş keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru A.F.Bayramova açaraq uşaqların sevimli yazıçısı Zahid Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi və bildirdi ki, görkəmli ədib hələ də uşaqlar üçün yazıb- yaratmaqdadır.Vurğuladı ki, Zahid Xəlilin bütün əsərləri özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur. Sonra müəllim və şagirdlərin dəvətini qəbul edərək onların görüşünə gəldiyi üçün kollektiv adından görkəmli yazara minnətdarlığını bildirdi.Tədbirdə uşaqlar şairin Azərbaycan və rus dillərində şeirlərini, yanıltmac və tapmacalarını söylədilər, hekayə,təmsil və şeirləri əsasında hazırladıqları səhnəcikləri təqdim etdilər. Görüşdə görkəmli ədibin həyat və yaradıcılığını əks etdirən video-çarx izlənildi. Məktəbin xor kollektivinin ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar iştirakçılarda xoş təəssürat yaratdı. Görüşdə Zahid Xəlil şagirdlərin ünvanladığı suallarına cavab verərək yaradıcılığı ilə bağlı maraqlı əhvalatlar danışdı, şeirlərindən söylədi. Sonda görkəmli ədib şagirdlərimizdə olan foto rəsmlərini imzaladı. Tədbir iştirakçıları foyedə Zahid Xəlil yaradıcılığına həsr olunmuş “Sevimli yazıçımız – Zahid Xəlil ” adlı kitab sərgisi ilə tanış oldular. Görkəmli yazar Zahid Xəlililə görüşdən sevinən şagirdlərin və müəllimlərin xoş təəssüratları xatirə şəkillərində əbədiləşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi