"Xocalı Soyqırımı"

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli lideri bu faciəyə münasibətini bildirərək qeyd etmişdir: « Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.»

26.02.2021-ci il tarixdə 246 nömrəli məktəb-liseydə Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edildi. Məktəbin foyesində Xocalı faciəsi ilə bağlı sərgi təşkil edildi. Sərgidə şagirdlərin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olundu.

Bununla yanaşı məktəb-liseyin  Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehri Hüseynovanın rəhbərliyi ilə onlayn tədbir keçirildi. Mehri müəllimə tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsi haqqında ətraflı məlumat verdi. Şagirdlərimiz söylədikləri bədii nümunələrlə  Xocalı faciəsinin ağrı və acılarını, eyni zamanda Xocalıda qəhrəmanlıq göstərən igidlərimizin döyüş yolunu dinləyicilərin diqqətinə çatdırdılar.

Sonda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək qeyd etdi ki, cinayət cəzasız qalmadı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın hərbi gücünü düşmənə göstərdi. Ali Baş Komandan İlham Əliyevin və Şanlı Ordumuzun sayəsində Azərbaycan işğal olunmuş ərazilərini geri qaytararaq Şəhidlərimizin qanını yerdə qoymadılar. İgidlərimiz cəbhədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya məkanında düşmənə və bütün dünyaya sübut etdilər ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Allah Xocalı faciəsində həlak olmuş soydaşlarımıza  və ərazi bütövlüyümüz uğrunda şəhid olan igid qəhrəmanlarımıza rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi