"Dilimiz milli-mənəvi sərvətimizdir"

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

21 fevral 2021-ci il tarixində Azərbaycan Dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səadət Cahangirzadənin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilən «Dilimiz milli-mənəvi sərvətimizdir.» adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə ana dilimiz haqqında geniş məlumat verildi, şagirdlər «ana dilim» mövzusunda şeirlər söylədilər.

Sonda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək bildirdi ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da «Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun»un qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. İlham Əliyevin bu istiqamətdə gördüyü işlər dilimizin inkişafına böyük qayğısının təzahürüdür.

Hər bir Azərbaycan vətəndaşı ana dilini sevməli və qorumalıdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi