Şagirdlərimiz H.Zərdabi adına Təbiət Tarixi Muzeyində oldular

17.05.2016-cı il tarixdə məktəbimizin bir qrup şagirdləri müəllim heyətinin rəhbərliyi ilə H.Zərdabi adına Təbiət Tarixi Muzeyində oldular. Şagirdlər muzeydə nümayiş etdirilən, keçmişdən müasir dövrümüzə qədər canlı aləmin inkişaf mərhələsini və dəyişməsini əks etdirən ekspozisiya ilə tanış oldular. Muzeyin zooloji şöbəsində Azərbaycanda müasir və geoloji keçmişdə yaşamış, nəsli kəsilmiş onurğasız və onurğalı heyvanların bərpa edilmiş skeletləri, müqəvvaları və buynuzları, qazıntı halında tapılmış molyusk çanaqları, filin kəllə sümüyü, kərgədan qalıqları məktəblilərin böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi