"Narkomaniya, cinayətkarlıq və zərərli vərdişlərə yox deyək!"

Son zamanlar narkotik maddələrə aludə olmaq, siqaret çəkmə və digər psixotrop maddələrdən istifadə kimi zərərli vərdişlərin yeniyetmə və gənclər arasında yayılması təhlükəsini nəzərə alaraq “ Narkomaniya, cinayətkarlıq və zərərli vərdişlərə yox deyək” mövzusunda Bakı şəhəri 246 Nli məktəb liseydə 16.03.2015 ci il tarixdə maarifləndirmə tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru A. Bayramova açmışdır.O, narkomaniya , siqaret çəkmək və digər zərərli vərdişlərin insan orqanizminə və şəxsiyyətinə olan mənfi təsirləri haqqinda məlumat vermişvə yeniyetmələri bu kimi pis vərdişlərdən uzaq olmağa səsləmişdir. Tədbirdə Binəqədi rayonu 7- ci Polis bölməsinin rəisi polis polkovnik leytenantı C.Hüseynov, Binəqədi rayonu polis idarəsinin yetkinlik yaşına çatmayanlar bölməsinin rəisi polis mayoru R.Süleymanov və Binəqədi rayonu polis idarəsinin baş inspektoru polis mayoru F.Məmmədova iştirak etmişdir. Onlar mövzu ilə bağlı mühazirələr oxumuş , narkomaniya, siqaret çəkmək, alkoqollu içkilərdən istifadə etmək kimi vərdişlərin insanlar üçün necə fəlakətlər törətdiyi haqqında olan videoçarxı nümayiş etdirmişdilər. Bu tip maddələrin fəsadları haqqında ətraflı məlumatlar verilmiş , şadirdləri və pedaqoji heyəti maraqlandıran suallara cavablar verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi