İlk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olundu

19.01.2021-ci il tarixdə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı onlayn dərslər keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayan onlayn dərslərdə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Onlayn dərslərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlərə ətraflı məlumat verildi, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən danışıldı. Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənildi, “ Vətən qarşısındakı mənəvi borcumuz” mövzusunda müzakirələr aparıldı. Sonra şagirdlər 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə canlandırdılar.

Eyni zamanda məktəb-liseydə 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi