Şagirdlərimiz Elmi Nailiyyətlər Sərgisində iştirak etdi

13.05.2016-cı il tarixdə məktəbimizin bir qrup şagirdləri müəllim K.Abdullayevanın və təlim tərbiyə işləri üzrə direktor müavini F.Əliyevanın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının əldə etdiyi nailiyyət və yeniliklərin nümayiş olunduğu Elmi Nailiyyətlər Sərgisində iştirak etdilər. Şagirdlər akademiyanın institut və təşkilatlarının fəaliyyətindən bəhs edən Azərbaycan, rus və ingilis dillərində buklet, kitab və digər nəşrlərlə tanış oldular. Sonra AMEA-nın Alimlər Evinin direktoru Nuridə Quliyeva akademiyanın uzun illər boyu əldə etdiyi uğurları, önəmli araşdırmaların nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar barədə şagirdlərə məlumat verdi.Bir sıra mövzularda müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırıldı. Sərgidə yer almış dəyərli materiallar şagirdlərin böyük marağına səbəb oldu və onlar ekskursiyadan zəngin təəsüratla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi