"Valideynlər ilə onlayn iclas"

17.01.2021-ci il tarixdə Microsoft Teams platforması üzərindən lX, X və Xl sinif şagirdlərinin valideynləri ilə onlayn iclas keçirildi. İclası giriş sözü ilə açan 246 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov onlayn dərslər, şagirdlərin onlayn dərslərdə iştirakı, onların onlayn dərsə cəlb olunmasında müəllim və valideynlərin rolunun zəruriliyini iclas iştirakçılarının diqqətinə çatdırdı. Məktəb-lisey rəhbərliyi valideynlərin fikirlərini, onları narahat edən məqamları dinləyib öz tövsiyələrini verdi.

 Görüşdə  yeniyetməlik yaş dövründə şagirdlərin qarşılaşdığı problemlərə  də toxunuldu.Bu  yaş dövründə orqanizmdə baş verən bioloji və psixoloji dəyişikliklərdən danışıldı. Yeniyetmələrdə hədəfi düzgün müəyyən etmək, məqsədə çatmaq, özgüvəni qaldırmaq, həyəcanı dəf etmək, özünənəzarət,özünütərbiyəni formalaşdırmaqda birgə addımlamağın yollarından danışıldı,sosial şəbəkəlin fəsadları önə çəkildi. Valideynlərə bu yaşda övladlarına diqqətli,eyni zamanda qayğı ilə yanaşmaları tövsiyə olunur.

Daha sonra Virtual məktəb, onlayn dərslərdə təlimin keyfiyyəti və bu istiqamətdə aparılan məsələlər müzakirə edildi və müvafiq təkliflər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi