"Əsgərə məktub" layihəsi çərçivəsində yazı müsabiqəsi

Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə «Əsgərə məktub» layihəsi çərçivəsində yazı müsabiqəsi keçirilib.

Layihə çərçivəsində 246 nömrəli məktəb-liseyin lX sinif şagirdi Mamquliyeva Aysu ölkəmizin ərazi bütövlüyü, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan Şanlı Ordumuza öz sevgi və inamını, onların hər zaman qələbə qazanacağına əmin olduğunu ifadə edib. Bununla bağlı Mamquliyeva Aysu təşəkkürnamə ilə təltif olunub.

Şagirdimizi təbrik edir və ona gələcəkdə Vətənə layiq bir vətəndaş kimi yetişməyini arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi