"Yurdumuza bahar gəlir!"

16.03.15 – ci il tarixində Bakı şəhəri 246 N – li məktəb liseydə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi M.Məmmədovanın təşkilatçılığı ilə möhtəşəm tədbir keçirildi. Zal milli adət ənənələrə əsasən bəzədilmiş , rəngarəng xalılar salınmış , hər tərəfə səmənilər, şamlar düzülmüşdür. Bəzədilmiş xonçalarda bütün novruz atributları var idi.Səhnənin bir kənarında əsl ev abu-havası yaradılmışdır. Rəngarəng döşəkçələr, samavar, mis qazan və s. Zalın bu cür bəzədilməsi əsl bayram əhval – ruhiyyəsi yaradırdı. “Cəngi “ sədaları ilə milli geyimdə səhnəyə hər bir şagird ruhu da oxşayıldı. Əvvəl baharın gəlişi və adət -ənənələri haqqında məlumat verildi , şagirdlər yaz və novruz bayramına aid seirlər dedilər. Sonra qızlar milli geyimdə gözəl rəqs etdilər. Şagirdlər növbə ilə səhnəyə çıxır və hər dəfə yeni məlumatlar verirdilər. Hər bir çıxışdan sonra bayramın ənənələrini əks etdirən video-rolik nümayiş etdirilirdi.Musiqiçilərin müşayəti ilə canlı mahnılar ifa edən 9 l sinif şagirdi A.Əhmədovanın məlahətli səsi tamaşaçılara xoş təsir bağışladı.Novruzun gəlişindən xəbər verən çərşənbələr haqqında 4 qız məlumat verdi, hər biri aid olduğu çərşənbələrin rənglərini əks etdirən milli geyimlərdə idilər.Onların çıxışı zamanı çərşənbələr haqqında video roliklər nümayiş etdirildi.Daha sonra qızlar gözəl səhnəcik göstərdi.Səhnəcikdə qızlar haxışdalar deyir, xəmir şəkərbura düzəldib bəzəyir, üzük falına baxırdı. Üzük falında arzusuna çatan A.Abasəliyevanın “ Sarı gəlin “ rəqsi qonaqları heyran etdi.Daha sonra şam falında sevinən N.İsmayılova öz “ Naxçıvani” rəqsi ilə tədbiri daha da şənləndirdi.Novruz tədbirini daha da gözəlləşdirən Bahar qızı ətrafında çiçəklərlə “Novruz gəlir “ musiqi sədaları altında səhnəyə çıxdı.Bahar qızı gözəl səməni ilə V- VI sinif şagirdləri olan gülləri canlandıran qızların ətrafında rəqs edirdi.Nərgiz,yasəmən , bənövşə və lalə gülləri hər biri öz rəngində geyinmiş və çələng qoymuşdur.Birlikdə şerlər deyən və musiqi sədaları altında rəqs edən Bahar və çiçəklər zövq oxşayırdı.Sonra IX L sinif şagirdi T.Rzayev və A. Abasəliyeva “Arşın mal alan” filmindən “Pulun var , gələrəm” musiqisi əsasında səhnəcik göstərərək rəqs etdilər.Novruzun maraqlı adət ənənələrindən biri olan yumurta döyüşü də qonaqları heyran etdi . Qonaqlara rəngarəng yumurtalar paylandı və onlar yumurta döyüşdürərək tədbirə daha da rəng qatdılar.Sonda novruzun əsas bəzəyi olan kosa və keçəl səhnəyə çıxdı.Geyimləri ilə gülüş doğuran kosa və keçəl tədbiri daha da şənləndirdi.Səhnəcikdə keçəlin toyu və cəngavərlərin güləşi marağa səbəb oldu .Bütün iştirakçılar yallı gedərək səhnəyə yığışdılar.Məktəb liseyin direktoru A.Bayramova bütün kollektivi novruz bayramı münasibətilə təbrik etdi .Azərbaycan dili və ədəbiyyat müəllimi M.Məmmədova məktəbin ictimai işlərində fəal iştirakına, tədbirlərin müvəffəqiyyətlə təşkili və təqdiminə görə təşəkkürnamə ilə təltif olundu. IX L şagirdləri isə məktəbin ictimai işlərində fəal iştirakına görə təşəkkürnamə və diplomlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi