Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

246 nömrəli məktəb-liseyin məzunu leytenant Əhmədov Elşad Nazim oğlu 2-ci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonlarının, Şuşa şəhərinin və sıra yüksəkliklərin azadolunmasında - Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Döyüşlər zamanı hospitala düşsə də yenidən cəbhəyə qayıdaraq hərbi əməliyyatları sonacan davam etdirən, düşmənin yüzlərlə canlı qüvvəsini və onlarla hərbi texnikasını, hərbi postlarını dəqiq atəş zərbələri ilə məhv edən zabitimiz hal-hazırda ucqar zirvələrdə hərbi xidmətini davam etdirir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının «İgidliyə görə» medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən qəhrəmanımız Əhmədov Elşad Nazim oğlu «İgidliyə görə» medalı ilə təltif olunub.

Qəhrəmanımıza daha yüksək nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi