"246 nömrəli məktəb-liseyin video konfransı"

27.11.2020-ci il tarixdə 246 nömrəli məktəb-liseyin rəhbərliyinin və pedaqoji kollektivinin iştirakı ilə Microsoft Teams platforması üzərindən videokonfrans keçirildi.

Konfransı çıxış sözü ilə açan məktəb-liseyin direktoru Nəbi Mahmudov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat verdi və pedaqoji işçiləri bir daha Müzəffər Qələbə Günü münasibətilə təbrik etdi.

Daha sonra konfransda Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi və bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması haqqında fəaliyyət planı pedaqoji kollektivin nəzərinə çatdırıldı.

Müzakirələr və təkliflər dinlədildikdən sonra müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi