"Şəhidlər ölməz, Vətən bölünməz!"

Ümummilli lider Heydər Əliyev gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirərək deyirdi: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir."

Bu baxımdan şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi biz müəllimlərimizin başlıca vəzifəsinə çevrilmişdir. Şagirdlərdə Vətənin müqəddəsliyinə və bölünməzliyinə səmimi və şüurlu inam yarada biliriksə onlar böyüdükcə elini- obasını, Vətənimizi  qəlbən sevəcək, sağlam ruhlu, sağlam əqidəli vətəndaşlar olacaqdır.

Belə vətənpərvərlik ruhunda böyüyüb boya başa çatmış qeyrətli Azərbaycan oğulları doğma Qarabağ torpaqları uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə xalqımızın qəhrəmanlıq tarixinə öz qanları bahasına parlaq səhifələr yazdılar. Həmin qəhrəmanlardan biri 246 nömrəli məktəb-liseyin ibtidai sinif məzunu Akifzadə Elmir Gündüz oğlu qəhrəmancasına torpaqlarımızın azad olunması uğrunda şəhid olmuşdur!

Allah Şəhidlərimizə rəhmət eləsin! Biz Sizi həmişə fəxr və qürur hissi ilə yad edəcəyik!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi