Məktəb-liseyin məktəb rəhbərliyi və pedaqoji kollektivin adından cənab Prezident, Müzəffər Ali Baş Komandana məktub

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

30 il ərzində işğal olunmuş torpaqlarımızın azad olunacağına həmişə inanmışıq. Sizin uzaqgörən siyasətinizin nəticəsində bu Qələbə tarixə qızıl hərflərlə yazılacaq. Artıq Sizin rəhbərliyinizlə, Şanlı Ordumuzun sayəsində biz işğal olunmuş ərazilərimizin işğal gününü yox, azad olunduğu günü şagirdlərimizə öyrədəcəyik. Bu müharibə təkcə cəbhədə deyil, eyni zamanda informasiya cəbhəsində də müharibə gedir. Siz məntiqli, aydın, səlis çıxışlarınızla dünyaya Azərbaycanın mübarizəsində haqlı olduğunu, beynəlxalq qanun çərçivəsində mübarizə apardığını sübut edirsiniz, həm də düşmənləri və onların tərəfdarlarını susdurursunuz. Sizin çıxışlarınızı fəxrlə və qürur hissi ilə dinləyirik. Biz Sizinlə fəxr edirik!

Hər birimiz əminik ki, Sizin rəhbərliyiniz və Şanlı Ordumuzun şücaəti ilə düşmən məğlub olacaq. Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

Hörmətlə 

Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin məktəb rəhbərliyi və pedaqoji kollektivi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi