"Ümummilli lider Heydər Əliyev dühası əbədiyaşardır"

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə məktəbimizdə fəaliyyət planına əsasən silsilə tədbirlər keçirildi. 05.05.2016-cı il tarixdə məktəbimizin kitabxanasında V-VII sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi.Müsabiqədə şagirdlər ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirdilər. Müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirilməsindən sonra Abdulov Həmid(6 ç) ,İmanova Leyla(5f), Əhmədzadə Sura(5a) I yerə, Əkbərli Lamiyə(7a),Quliyeva Nurcan(7b) II yerə,Əhmədova Ayşən(7a), Hüseynova Nuranə (7l) III yerə layiq görüldülər və diplomlarla təltif olundular. 06.05.2016-cı il tarixdə “Ümummilli lider Heydər Əliyev dühası əbədiyaşardır” adlı rəsm sərgisi təşkil olundu.Rəsmlərində şagirdlər ulu öndər Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanımızın füsunkar təbiət mənzərələrini,gözəlliklərini öz fırçalarında obrazlı şəkildə diqqətə çatdırmış,gələcəklə bağlı arzularını ağ kağız üzərində təsvir etmişdilər. Məktəb rəhbərliyi,valideyn icması və müəllimlərlə birgə çəkilmiş rəsmlərə baxış keçirildi və iştirakçılara həvəsləndirici diplomlar təqdim olundu. 06.05.2016-cı il tarixdə şahmat turniri keçirildi. Turniri giriş sözü ilə açan məktəbin direktoru A.F.Bayrama ilk öncə ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafında müstəsna xidmətlərindən danışdı, sonra “Qoy, güclü qalib gəlsin” deyərək, bütün iştirakçılara uğurlar arzuladı. Gərgin keçən yarış günün ikinci yarısında qaliblərin təltif olunma mərasimi ilə başa çatdı.Qaliblər Sadıqov Nicat ( 6 d)1-ci yer, Vəliyev Vüsal(4d)2-ci yer, Əbdürrəhmanov Ömər (3d)-3-cü yer olmaqla diplomla təltif olundular. 07.05.2016-ci il tarixdə Ulu Öndərimizə öz sadiqliyimizi ,hörmətimizi,istəyimizi, sevgimizi göstərməyə çalışaraq ərazilərimizdə yerləşən parkda və məktəbyanı sahədə gül əkimi, abadlıq və yaşıllaşdırma işləri həyata keçirildi.Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak etdilər. 10.05.2016-cı il tarixdə ilk dərslər tarixdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu. Dərslərdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slaydlar nümayiş olunur. Dərs gününün sonunda akt zalında tarix və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə “Azərbaycanın görkəmli siyasi və dövlət xadimi” mövzusunda konfrans keçirildi. Konfransda tarix müəllimləri N.İmamverdiyev,A.Rzayeva,Ü.Hüseynova ,ədəbiyyat müəllimi S.Cahangirzadə,Ç.Həmidova ,şagirdlərdən Quluzadə Selcan(8l),Məmmədzadə Mahiyə(9l),Vəlizadə Jalə(8l),Muxtarzadə Fidan(11a) çıxış edərək, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi ömür yolundan, dövlət quruculuğu yolundakı əvəzolunmaz xidmətlərindən, ölkə iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin inkişafındakı rolundan, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işlərdən danışdılar. Sonda məktəbin direktoru A.F.Bayramova Azərbaycan gənclərinin muasir, inkişaf etmiş və yüksək intellektual quvvə kimi formalaşmasında ulu öndərin əvəzsiz rolundan danışdı, ümummilli liderin müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil etdiyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi