Ziyalı ömrü «Zirvəyə ucalanlar» kitabında

İngilis yazıçısı Jozef Addison yazır: «Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır». Bu baxımdan şəxsiyyətin formalaşmasında mühüm rol oynayan təhsil işçilərinin həyat və fəaliyyətlərini işıqlandırmaq missiyasını öz üzərinə götürən «Bizim Lider» qəzet və jurnalının təsisçisi, baş redaktoru, yazıçı, «Qızıl qələm» mükafatı laureatı İradə Qaracallı «Zirvəyə ucalanlar» kitabında müxtəlif peşə-sənət adamları haqqında qələmə aldığı oçerkləri, eyni zamanda Ulu Öndər Heydər Əliyev, Ölkə Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva haqqında ünvanladığı ürək sözləri öz əksini tapıb. Kitabda 246 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudovun, təlim-tərbiyə işləri üzrə direktor müavini Bilqeyis Sadıqovanın və riyaziyyat müəllimi İradə Kərimovanın həyat və fəaliyyətləri haqqında geniş məlumat verilməklə yanaşı məktəb-liseyimizin öndə gedən ziyalılarının Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva haqqında dəyərli fikirləri əks olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi