15 May - Beynəlxalq Ailə Günüdür

15 May - Beynəlxalq Ailə Günü  münasibəti ilə  “virtual məktəb “ portalında 3a sinif şagirdləri ilə məktəb-liseyin psixoloqu Sədaqət İsmayılova və sinif müəllimi Pərvanə Absalmova “Ailə dəyərlərimiz” mövzusunda söhbət apardılar. Söhbətdə  ailə dəyərlərinin bütün dəyərlərdən daha önəmli olması vurğulandı. Ailə dəyərlərində övladların vəzifələri önə çəkildi.   

Sonra balaca fidanlar öz ailələrinin tablosunu yaratdılar. Tabloda şagirdlər valideynlərinin yanında xoşbəxt böyüdüklərini söylədilər, ailədəki mövqelərindən danışdılar və üzərlərinə düşən vəzifələri sadaladılar. Sonra balacalara  bu sevgilərini ağ kagız üzərində təsvir edib  valideynlərinə catdırmaları tapşırıldı. Balacalar ürək sözlərini valideynlərinə catdırmaqdan məmnunluq yaşadıqlarını söylədilər və al-əlvan rənglərlə bəzəyərək təqdim edəcəklərini bildirdilər.

İnaırıq ki, kiçik ürəklərində böyük sevgi yaşayan balacaların hazırladıqları məktublarda yer alan istəkəri, sevgiləri, bəlkə də uşaq hüquqlarına söykənərək yazdıqları iradları, tələbləri  ailə günündə valideynlərinə ən böyük hədiyyə olacaqdır.

Valideyn xoşbəxtdirsə demək cəmiyyətimizin xoşbəxt ailəsi var, xosbəxt ailə isə sağlam ruhlu övlad, işıqlı gələcəkdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi