Uşaqların sevimli şairi

246 nömrəli məktəb-liseyin 3a "Sağlam Təhsil" sinfinin (ibtidai sinif) müəllimi Pərvanə Absalamovanın rəhbərliyi ilə Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, uşaqları söz sehrinə salaraq onların bədii zövqünü zənginləşdirən sənətkar, filoloq alim, jurnalist, Əməkdar müəllim Zahid Xəlillə onlayn görüş keçirildi. 
Görüşdə şagirdlər Zahid Xəlilin həyat və yaradıcılığı haqqında məlumat verdilər, onun bir-birindən dəyərli «Çinar», «Gecə xoruzu», «Kitab», «Nərgiz gülü», «Qış», «Çiçək qız», «Hasardakı quşlar», «Yaşıllıq necə yaranıb», «Çiyələk» uşaq şeirlərini söylədilər, «Tam məxfi», «Ballı və viz-viz», Qənaətcillik», «Yaxşılığa yaxşılıq», «Təkər», «Sabirin ilk uşaq şeiri», «Köhnə dərs» hekayələrini danışdılar.
Görkəmli sənətkar, uşaqların sevimli şairi, nasiri Zahid Xəlil şagirdlərin çıxışlarını dinləyərək onlara həmişə bədii ədəbiyyatı mütaliə etməyi uşaqlara tövsiyə etdi. Çünki mütaliə insanın dünyagörüşünün formalaşmasında, nitqinin zənginləşməsində mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi