Valideynlərlə onlayn görüş

Mövcud xüsusi karantin rejimi ilə əlaqədar 246 nömrəli məktəb-liseyin rəhbərliyi fəaliyyətini məsafədən təşkil edərək sinif rəhbərləri ilə birgə valideynlərlə onlayn görüş keçirmişdi. Onlayn görüşün məqsədi şagirdlərin Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərə, fənn müəllimlərinin təşkil etdiyi onlayn dərslərə cəlb olunması, onlayn dərslərin təşkili, “Virtual məktəb” portalı vasitəsilə şagirdlərin həftə içi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirilməsi və əlavə tədris resurslarından faydalanması ilə bağlı məsələlər müzakirə olundu. Məktəb rəhbərliyi müəllimlərin onlayn dərslərin təşkilində aktivliyi və teledərslərin məktəblilər tərəfindən izlənilməsi, elektron resurslardan istifadə şagirdlərə böyük fayda verəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi