Bölmənin ən yaxşı məruzəçiləri

03.05.2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin,Bakı Slavyan Univesitetinin,Azərbaycan Respublikasının Prezidenti yanında bilik fondunun təşəbbüsü ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş XIII şagird-tələbə elmi konfransında məktəbimizin şagirdləri:Zeynalova Leyla(elmi rəhbəri Lətifə Bayramova),Quluzadə Selcan(elmi rəhbəri Ağalarova Simuzər), Məmmədova Zöhrə(elmi rəhbəri Kərimova İradə) “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzusu ilə çıxış etdilər. Onlar çıxışlarında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin respublikamızın bütün sahələrində əvəzolunmaz fəaliyyətini əks etdirən prezintasiya işini konfrans iştirakçılarına təqdim edərək, Azərbaycan gənclərinin ölkənin ictimai –siyasi , iqtisadi və mədəni –mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətin fəaliyyətinə olan ehtiram və sevgilərini bildirdilər.Şagirdlərimiz uğurlu çıxışlarına görə “Bölmənin ən yaxşı məruzəçisi” nominasiyasınin qalibi olaraq diplom və sertifikatlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi