Unutsaq unudularıq!

Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və onlara Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi ilə məktəb-liseydə  bir sıra tədbirlər keçirildi. Yuxarı siniflərdə  “Xocalının kədəri və ümidi!” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Məktəbin foyesində "Xocalısız 28 il!" adlı sərgi nümayiş olundu. Sinif otaqlarında divar qəzetləri, foto-stendlər, guşələr, məktəb-liseyin kitabxanasında isə “Xocalı faciəsi ədəbi irsimizdə!” mövzusunda kitab sərgisi hazırlandı. Müəllim və şagird kollektivi   “Ana fəryadı” abidəsini  ziyarət etdi.   

İlk dərslər Xocalı faciəsinin 28-ci ildönümünə həsr olundu. Böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəsi  haqqında ətraflı məlumat verildi. Nümayiş olunan videogörüntülər  Xocalı faciəsinin dəhşətləri haqqında şagirdlərdə aydın təsəvvür yaratdı.

Dərs gününün sonunda  məktəb-liseyin  foyesində isə IV sinif şagirdlərinin iştirakı ilə anım tədbiri keçirildi.  Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər XX əsrin sonlarında erməni yağılarının törətdikləri misli görünməmiş vəhşiliklər haqqında  danışdılar, faciəni səhnəciklərdə canlandırdılar, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi