Xocalısız 28 il

 

         Azərbaycan xalqına qarşı ağlasığmaz qəddarlıq  və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olan Xocalı facıəsini unutmamaq , şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədi ilə məktəb liseydə anım tədbiri keçirildi . Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunan  "Xocalısız 28 il!" sərgisinin  önünə tər qərəfillər düzüldü.

        Sonra kitabxanaçıların təşkilatçılığı ilə “dəyirmi masa” keçirildi. Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .Tarix müəllimi C.Hüseynova   Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə  mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verdi. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasını söylədi və  faciəyə dünya ictimayətinin hüquqi qiymət verməsinə çağırış etdi.      

    “Dəyirmi masa”da şagirdlər  faciə  ilə bağlı hazırladıqları təqdimatları nümayiş etdirdilər, facıədə  erkən dünyasını dəyişmiş uşaqların  dilindən yarımçıq qalmış arzularını səsləndirdilər.

   

 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi