Əsrlərdən aşıb gələn əmanətlər

21.02.2020-ci il tarixdə məktəb-liseydə "Beynəlxalq Ana dili Günü" münasibəti ilə “Əsrlərdən aşıb gələn əmanətlər” mövzusunda 3-cü  sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya keçirildi. Ədəbi-bədii kompozisiyada şagirdlər ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi haqqında məlumatlar verdilər, keçdiyi inkişaf yoluna nəzər saldılar. Şagirdlərin  ifasında  dilimizin gözəlliklərindən bəhs edən bədii qiraət nümunələri,bayatılar, laylalar, dahilərin dilimiz haqqında söylədikləri müdrik kəlamlar alqışlarla qarşılandı.Tədbirdə  xüsusi istedadı ilə fərqlənən balacalarımız  bədii əsərlərdən nümunələri, rəqs nömrələrinini xüsusi məharətlə təqdim etdilər.

Sonda məktəb liseyin direktoru Nəbi Mahmudov söylədi ki, Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.  Bildirdi  ki, ölkəmizdə Ana dilimizin  hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin  qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir və bu istiqamətdə fəaliyyətlər cənab İlham Əliyev tərəfində uğurla davam etdirilir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi