Şagirdlərimiz Memorial Soyqırım muzeyində oldular

 

18.02.2020-ci il tarixdə məktəb-liseyin yuxarı sinif şagirdləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində olublar. Muzey bələdçisi  bildirdi  ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının  qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir, tarixi hadisələri özündə əks etdirir.

Ekskursiya zamanı şagirdlər tarixən erməni silahlı dəstələrinin Azərbaycanda törətdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlərlə, foto və video materiallarla tanış oldular.

Ürəkləri parçalayan rəsm əsərləri, bütünlüklə qətlə yetirilmiş ailələrin ürək ağrıdan fotoşəkilləri şagirdlərdə bir daha düşmənə nifrət hissləri oyatdı. Zaman-zaman xalqımızın başına gətirilən faciələrdən təsirlənən şagirdlər muzeyin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, düşmənə qarşı nifrət hisslərinin aşılanmasında böyük əhəmiyyətə malik olduğunu bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi