Ətraf mühitin qorunması mənəvi borcumuzdur

16.02.2020-ci il tarixdə məktəb-liseyin 8 c sinif şagirdləri biologiya müəllimi V. Məmmədovanın rəhbərliyi ilə  Binəqədi rayonu ərazisində yerləşən  Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olublar. Ətraf mühitin  qorunması  məqsədi ilə təşkil olunan  ekskursiyada şagirdlər park ərazisində əkilən  müxtəlif növ dekorativ-bəzək ağacları ilə  tanış olmuş, bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında məlumat əldə etdilər.  Parkda aparılan abadlıq işləri ilə əyanı tanış olan şagirdlər əmin oldular ki, ölkəmizdə yaradılan milli parklar, qoruqlar və yasaqlıqlar təbiətimizin qorunması  istiqamətində atılan önəmli addımlardır. Ekoloji tarazılığın saxlanması uçün  doğma yurdumuzun  təbiətini sevmək, onu qorumaq hər birimizin mənəvi borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi