"Polyup" müsabiqəsinin qalibi

Təhsildə inkişaf və İnnovasiyalar üzrə Polyup 3-cü qrant müsabiqəsində, 246 №li məktəb-liseyin informatika müəllimi Mehriban Əliyeva və 5 - 7-ci sinif şagirdlərindən ibarət "#Mehriban Aliyeva 246" adlı komandası ilə respublika üzrə 3-cü yerin qalibi olmuşdur. 10 günlük müsabiqə müddətində komanda üzvü olan 138 şagird öz məntiqi və riyazi təfəkkürünü polyup online platformasında poly xallara çevirərək yarışmışdır. 5d sinfindən Orxan Əhmədov, İnci Əzizli, Uğur Cəfərzadə, Gülnarə Hüseynli; 6e sinfindən Qüdrət Allahyarov, Elşad Nəcəfov, İsmayıl Niftəliyev, Əvəz Quliyev, 6d sinfindən Yavər Bayramlı, 7d sinfindən Əli Xudaverdiyev, Miryəhya Seyidov, Elçin Əhmədzadə, Vahid Hüseynli ilk gündən müsabiqənin son günlərinədək xüsusi aktivlik nümayiş etdirmişlər. Müəllim və fəal şagirdlər Diplom və Sertifikatlarla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi