Pedaqoji Şuranın iclası

30.01.2020-ci il tarixdə məktəb-liseydə Pedaqoji Şuranın iclası keçirildi. İclası giriş sözü ilə açan məktəb-liseyin direktoru Nəbi Mahmudov l yarımilin nəticələri və ll yarımildə qarşıda duran vəzifələr haqqında məlumat verdi.

Sonra İbtidai siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini Məhərrəmova Reyhan ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının qiymətləndirilməsi və təlim keyfiyyətlərinin nəticələri ilə yanaşı V-Vl sinif şagirdlərinin tədris dili, riyaziyyat, ingilis dili fənləri üzrə bilik və bacarıqlarının yoxlanılması və nəticələrə əsasən ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, zəif göstəricili şagirdlərinin nailiyyətlərinin yüksəldilməsi üçün davamlı tədbirləri əhatə edən səmərəli iş sisteminin yaradılmasını pedaqoji heyətin nəzərinə çatdırdı.

Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Sadıqova Bilqeyis məktəb-liseydə xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması, xüsusilə lV, lX , Xl siniflərdə şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunlaşdırılması, fənn müəllimlərinin elmi-nəzəri və metodiki cəhətdən peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin həyata keçirilməsi barədə ətraflı məlumat verdi.

İnformatika müəllimləri Əliyeva  Mehriban və Səmədova Elmira İnformatika fənninin maddi-texniki bazasının və pedaqoji kadr heyətinin, şagirdlərin İKT bacarıqlarının hazırkı vəziyyətinin təhlilini verdilər və bununla bağlı təkliflərini irəli sürdülər.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyeva Fatma məktəbdənkənar və sinifdənxaric tədbirlərin keçirilməsi barədə məlumat verdi.

Psixoloq İsmayılova  Sədaqət  lX siniflərdə təhsilalanların təmayüllər üzrə qruplaşdırılması haqqında iclas iştirakçılarını məlumatlandırdı.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Qasımova Nazilə V-lX siniflərdə qiymətləndirmə nəticələrinə görə şagirdlərin fənlər üzrə reytinqin müəyyən edilməsi barədə geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi