Şagirdlərimizdə vətənpərvərlik ruhunun təkmilləşdirilməsi məktəbimizin əsas iş prinsipidir

Döyüş bölgələrimizdə son günlər qazandığımız uğurlar vətənimizin hər bir övladında cəsurluq, əzmkarlıq, mübarizə hissini, ruh yüksəkliyini daha da artırıb. Gənc nəsldə vətənpərvərlik ruhunun formalaşdırılması işi məktəbimizdə təlim-tərbiyə prosesinin ön cərgəsində durur, hərbi hazırlıq fənninin tədrisində şagirdlərin mükəmməl səviyyədə ibtidai hərbi hazırlıq vərdişlərinə yiyələnməsinə xüsusi diqqət yetirilir. Hərbi müəllim leytenanat R.Şamidov şagirdlərdə silah və sursatla davranışda ilkin bilikləri aşılamaqla yanaşı, hərbi dərsi gənclərdə vətən sevgisini artımaq, onların vətənpərvər ruhda böyüməsi üzərində qurur. Aidiyyatı üzrə lazımı inventor və vəsaitlərlə təmin olunan tədris otağında leytenant R.Şamidov tərəfindən müxtəlif silahların sirləri, ilkin tibbi yardım və Azərbaycanın milli atıcı silahları barədə şagirdlərə ətraflı məlumatlar verilir, avtomatın sökülüb yığılması, darağa patronun doldurulması, boşaldılması əyani şəkildə şagirdlər tərəfindən icra edilir. Hərbi dərslərin maraqlı və əyaniliyi oğlanlarla yanaşı qızların da marağına səbəb olur. Dərslədə əyaniliyi təmin etmək məqsədilə şagirdlərin hərbi hissələrlə tanışlığı da təmin edilir. Məhz bunun nəticəsidir ki,məktəbimizin komandası tədris zamanı əldə etdikləri bilikləri “Şahinlər” hərbi-idman yarışıında nümayiş etdirərək rayon üzrə 32 ümumtəhsil məktəbin arasında ön sıralarda öz yerini tutdu. Gənclərimizdə körpə yaşlarından aşılanmış vətənpərvərlik ruhunun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi məktəbimizin əsas iş prinsipidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi