“Qırmızı, yaşıl, sarı” adlı intelektual oyun keçirildi

27.04.2016-cı il tarixdə məktəbimizin 1f, 2 f,3f sinfində “Həyat bilgisi” dərsində şagirdlərə yol hərəkəti qaydalarını, onun əhəmiyyətini öyrətmək, yarana biləcək təhlükəli və xoşagəlməz hallardan qorunmağın yollarını izah etmək məqsədi ilə “Qırmızı,yaşıl,sarı” adlı intelektual oyun keçirildi.Şagirdlər yol nişanlarını əks etdirən təqdimatlara baxdılar, böyük həvəslə qrup tapşırıqlarını yerinə yetirdilər,yol hərəkəti qaydalarını sadaladılar, kiçik səhnəciklər nümayiş etdirdilər, mövzuya uyğun mahnı oxudular, yol haqqında atalar sözləri ,tapmacalar söylədilər, verilən yol nişanlarını rəngləyib iş vərəqlərindəki xanalara yapışqan vasitəsilə yapışdırdılar. Sonda qrupların qiymətləndirilməsi ilə yanaşı şagirdlər özünü qiymətləndirməklə dərsi necə mənimsədiklərini nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi