H.Əliyev irsinin gənc nəsillərə təbliği

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində Xl sinif şagirdləri üçün Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar olaraq  dərslərin keçirilməsinə başlanılıb. İlk dərs Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə keçirildi. Məktəb-liseyin rəhbərliyi, müəllim və şagird heyəti dərsdə iştirak etdilər.

Bu dərslərin təşkilində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi və gənc nəsillərə çatdırılması ilə yanaşı şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam, əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına xidmət etməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi