Həmrəyliyimiz gücümüzdür!

30.12.2019-cu il tarixdə məktəb-liseydə  "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü" və "Yeni il" münasibətilə bayram tədbiri keçirildi.  Tədbir "Azərbaycan Respublikasının Dövlət Himni"nin səslənməsi ilə başladı. Məktəb-liseyin tarix müəllimi Cəmilə Həsənova "Dünya azərbaycanlılarının Həmrəylik günü"nün təsis edilməsindən, bu sahədə Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətindən, bu siyasətin Ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilməsindən danışdı, həmrəylik gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verildi, videoçarx nümayiş olundu. Tarix müəllimi Şücaət Qafarova Dünya azərbaycanlılarının bir məslək - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsində Heydər Əliyev - İlham Əliyev - Mehriban Əliyeva Böyük üçlüyünün yorulmaz fəaliyyətini qeyd etdi. Şagirdlər “Azərbaycan”, “Həmrəylik” şeirləri, dostluq mövzusunda mahnılar, bir-birindən maraqlı rəqslər nümayiş etdirdilər. 3"a" ST sinfinin şagirdləri fərqləndilər. Dərs gününün sonunda tarix müəllimlərinin iştirakı ilə “ 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunan dəyirmi masa  keçirildi.

Tədbirdə və dəyirmi masada iştirak edən məktəb liseyin  direktoru Nəbi Mahmudov  müəllimləri və şagirdləri “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə təbrik etdi, həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığını diqqətə çatdırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi