"Al, götür, oxu, gətir"

UNESCO-nun təklifi əsasında 23 aprel tarixi 100 ölkənin milyonlarla kitab sevənlərinin dəstəyi ilə Beynəlxalq Kitab Günü kimi qeyd edilir. Bu gün məktəbimizdə də” Kitab günü ” qeyd olundu. Şagirdlərdə mütaliəyə, kitablara həvəs oyatmaq, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi ilə texnologiya dərslərində “Sevimli nağıl qəhrəmanı “ adlı yaradıcı məşğələ keçirildi. Məşğələ zamanı şagirdlər onlara təqdim olunan rəngli kağız və yapışqandan kreativlik nümayiş etdirib öz sevimli ” nağıl qəhrəmanlar”ını yaratdılar. Məktəbin foyesində isə şagirdlər oxuduqları əsərin qəhrəmanlarını əl işlərində yaradaraq sərgilədilər. İl ərzində ”Al,götür,oxu,gətir" prinsipinə əsaslanıb sinif otaqlarında yaratdıqları " kitabxana"ya bütün növ ədəbiyyatlar, dərs vəsaitləri, jurnal və qəzetləri böyük həvəslə yerləşdirib bu kitabxanadan yararlanan şagirdlərimiz, bu gün isə “kitabxana”nı məktəb foyesində yaratdılar. “Beynəlxalq Kitab Günü” haqqında məlumatla başlayan tədbirdə şagirdlər kitab haqqında müxtəlif şeirlər səsləndirdilər, əsərlərdən hazırlanmış bədii kompazisiyanı müvəffəqiyyətlə təqdim etdilər, oxuduqları əsərlər barədə təəssüratlarını, maraqlı fikirlərini söylədilər.Tədbirdə iştirak edən məktəb liseyin direktoru A.Bayramova mütaliə vərdişlərinin insan həyatındakı əvəzsiz rolundan, kitabın insanın daxili və mənəvi zənginliyinə birbaşa təsirindən danışdı, gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsində mütaliə vərdişlərinin əhəmiyyətini bir daha vurğuladı. “Oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının yoxlanması” məqsədi ilə keçirilən monitorinqdə fərqlənən şagirdləri diplomlarla təltif etdi. Məktəb liseyin direktoru “Qoy kitab həmişə sizin yaxın dostunuz olsun”sözləri ilə çıxışını bitirdi.Sonda il ərzində öz aralarında kitabları bölüşərək bir çox ədəbiyyat inciləri ilə tanış olan şagirdlərimiz bu gün oxuduqları kitablara xoş təəssürat və maraqlı fikirlərini yazaraq böyük aktivliklə başqa siniflərdə oxuyan şagird yoldaşları ilə paylaşdılar. 3 dəqiqəlik “Oxu sükutu”nda şagirdlərimiz mütaliyəyə maraq ,diqqət , həvəslərini nümayiş etdirdilər. Foyedə sərgilənən “ Ən yaxşı rəsm əsəri”nin qalibi isə valideynlərin və müəllimlərin birgə rəyi əsasında müəyyənləşdi.Paylaşmaq çox gözəldir,paylaşdıqca sevinc çoxalır,həmrəylik artır.Xüsusilə dünyagörüşümüzü,oxuduğumuz kitabları.Bir qrup şagirdlərimiz isə öz həmrəyliklərini “Oxu günü-2” festivalında “Əsgərə kitab” adlı kitab aksiyası qoşulmaqla bildirəcəklər. İnanırıq ki, hədiyyə edəcəyimiz kitablarlar vətənimizi şərəflə qoruyan əsgərlərin asudə vaxtlarının səmərəli təşkilinə bir töhfəmizdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi