Ümummilli liderin anım günü

         12.12.2019-cu il tarixdə məktəb-liseydə müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi, Ümummili lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi.
       İlk öncə şagirdlər Fəxri Xiyabana gedərək Ulu öndərimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib 
məzarı önünə gül dəstəsi qoydular.
     İlk dərslərdə dahi şəxsiyyətin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında məlumat verildi.
      Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Azərbaycan xalqının dahi şəxsiyyəti” mövzusunda “ dəyirmi masa” keçirildi. “Dəyirmi masada” Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən, ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilməsindən geniş şəkildə bəhs edildi.
     Müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevi hər bir şagirdimiz, müəllimimiz yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi