GlobalLab ilə ideyalarını reallığa çevir!

Məktəbimizdə Globallab - UNESCO-nun “Gələcək üçün Təhsil” layihəsinin təqdimatı keçirildi. İTE əlavə təhsil mərkəzinin nümayəndəsi,Globallab üzrə layihə koordinatoru Nilufər Dəmirzadə platformanın imkanları ( müxtəlif mənbələrdən geniş miqyaslı məlumatların əldə edilməsi ,tədqiqat yönümlü öyrənmə metodlarının tətbiqi, birgə tədqiqat işləri və məktəblərdə müxtəlif sahələr üzrə elmi layihələrin həyata keçirilməsi ), əsas məqsədi (bilik qazanma və tədqiqat bacarıqlarının inkişafına dəstək, həmçinin, yeni biliklərin təkmilləşdirilməsi üçün motivasiyanın artırılması) haqqında ətraflı məlumat verdi.Müəllimlərimiz tərəfindən layihə çox bəyənildi.Artıq bir qrup müəllimlərimiz virtual araşdırma mühiti,məlumat mübadiləsi, internet vasitəsilə vizual məlumatarın birbaşa mənbədən toplanması məqsədi ilə layihəyə qoşulublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi