Məsuliyyəti birgə bölüşək

Məktəb təlim tərbiyə ocağıdır.Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı,vətənsevər, yüksək mənliyə,ləyaqatə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki müəllim- valideyn, məktəb- valideyn münasibətlərinin vəhdəti ön planda olsun. Elə bu səbəbdən də məktəbimizdə ənənə şəklini almış siniflər üzrə mərhələli şəkildə növbəti valideyn iclasları keçirildi.Məktəb rəhbərliyi tərəfindən keçirilən bu iclaslarda qarşılıqlı əməkdaşlıq çərçivəsində şagirdin təhsildə uğur qazanması üçün lazım olan bütün məqamlar müzakirə edildi, monitorinqlərin nəticələri açıqlandı, əldə edilən nəticələr müzakirə olundu, açıq və səmərəli diskussiyaya şərait yaradıldı. Həmçinin tez-tez dərsdən yayınan, tədris prosesini pozan,monitorinqlərdən aşağı qiymət alan şagirdlərin valideynləri ilə fərdi söhbətlər aparıldı, xəbərdarlıq edildi və övladlarına qarşı daha diqqətcil olmaq, onlar üzərində nəzarəti bir qədər artırmaq tövsiyyə olundu.Ümüdvarıq ki, valideynləri təhsil prosesinə daha yaxından cəlb etmək və bununla da yüksək şagird nailiyyətlərinə nail olmaq üçün bu görüşlər öz yüksək nəticəsini verəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi