Nailiyyətlərimiz

Sabahın alimləri.2020-ci il 11-13 fevral tarixlərində Ceyhun Bayramovun əmrinə əsasən İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçirildi. Adı çəkilən müsabiqə IX-XI sinif şagirdləri qarşısında yeni üfüqlər açır, onların elmi və yaradıcı yönlərini kəşf edir, şagirdləri yeni axtarışlara sövq edir.      Məktəbimizi bu mötəbər yarışmada Ağayeva Könül müəllimin rəhbərliyi altında X sinif şagirdi Həşimzadə Həmid “ Ekoklub” layihəsi ilə, XI sinif şagirdi Tolstoşeyev Roman “ Breat OS” layihəsi ilə təmsil edirdilər. Şagirdlər, məktəbdə onlar üçün yaradılan münbit şəraitdən maksimum istifadə edərək, öz bacarıq, intellekt və təxəyyülünü  layihələrində müvəffəqiyyətlə əks etdirmişdilər. Nəhayət fevralın 13-ü müsabiqənin bağlanış və mükafatlandırma mərasimi keçirildi. Tədbir Təhsil Naziri Ceyhun Bayramovun çıxışı ilə yadda qaldı. Nazir gənc nəsli gələcək rəqəmsal texnologiyalar, süni intellekt dövrünə hazırlamaq üçün onlara indikindən fərqlənən yeni peşələr verilməsinin vacibliyini qeyd etdi, bu yöndə aparılan islahatlardan, innovasiyalardan danışdı. Çıxışın sonunda Nazir bütün iştirakçılara uğurlar arzuladı, qalibləri təbrik etdi. Qaliblər arasında gözlənildiyi kimi məktəbimizin XI sinif şagirdi Tolstoşeyev Roman da var idi. Tolstoşeyev Roman Bakı Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin qalib olan 17 şagirdindən biri oldu. Belə ki, onun layihəsi 3-cü yer tutaraq, bürünc medal qazandı. Məktəbin rəhbərliyi, müəllim-şagird heyəti bu qələbə münasibəti ilə Romanı təbrik edir, ona gələcək təhsil həyatında uğurlar arzulayır, müvəffəqiyyətlərinin davamını diləyir.

Breyn Rinq yarışması15.03.2019-cu il tarixində məktəbimizin 7-ci sinifləri arasında Biologiya fənni üzrə "Breyn Rinq" yarışması keçirildi. Yarışda bütün iştirakçılar fərmanla təltif olundu. Sonuncu mərhələdə yığdığı xallara əsasən qalıb olan komandaya ensiklopediya təqdim olundu. 7a sinfi - 6 xal, 7d- 5 xal, 7 k- 3 xal ilə qalib oldular. Təbrik edirəm uğurlarınız axarlı olsun

245 №li tam orta məktəbin 7k sinif şagirdi Ömərov Həbib "Canlı klassika" beynəlxalq müsabiqəsinin milli turunun qalibi olmuşdur.09.03.2019-cu il tarixində təşkil edilən tədbirdə "Canlı Klassika" beynəlxalq müsabiqəsinin milli turunun qalib və finalçılarının təltif edilmə mərasimi keçirildi. Azərbaycan Rusdilli Gənclər Asossiasiyası tərəfindən təşkil olunan "Canlı klassika" beynəlxalq müsabiqəsinin milli turunda məktəbimizin ədəbiyyat dərnəyinin 10 üzvü iştirak etdi. 11k sinif şagirdi Ömərov Sara, 7k sinif şagirdləri Əliyeva Cəmilə, Hüseynzadə Fidan, Quluzadə Səadət, Hümbətli Nurlan, Hüseynli Leyla, Cəbiyev Ləyaqət, Osmanova Sevil, Ramazanova Alidə milli turun finalçıları, 7k sinif şagirdi Ömərov Həbib isə qalibi olmuşdur. Gördüyün işin bəhrəsini görəndə və bu işə qiymət veriləndə özünü necə də xoşbəxt hiss edirsən. Çox sağolun əziz uşaqlar! Çox sağolun hörmətli ARGA əməkdaşları.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Lalə Həsənzadə

Elxan Süleymanov Abdulla oğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi